Bu gün:


Azərbaycanda hərbi maşın qəzaya düşdü

Tarix: 17.07.2021 / 17:20  •   Oxundu: 132 dəfə  •  

Göygöl rayonunda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə Aşıqlı kəndi ərazisində baş verib.

"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan ambulator yardım göstərilib. Digər üç nəfər hospitala yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır. Hadisə zamanı ölən olmayıb".

Faktla bağlı araşdırma aparılır.