Bu gün:


Almaniyada təyyarə qəzaya düşdü

Tarix: 19.07.2021 / 07:19  •   Oxundu: 85 dəfə  •  

Almaniyanın Anhalt-Bitterfeld bölgəsində (Saksoniya-Anhalt) təyyarə qəzaya düşüb.

İDEAL Media.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

Nəşsrin yazdığına görə, təyyarənin göyərtəsində 4 nəfər olub. Pilotla yanaşı, 14 və 17 yaşlı iki yeniyetmə həyatlarını itiriblər, digər yaralı sərnişin xəstəxanaya aparılıb.

Təyyarə qəzasının səbəbləri hələ müəyyənləşdirilməyib, hadisə araşdırılır.