Bu gün:


Cahid Bağcıdan Şuşa paylaşımı

Tarix: 29.07.2021 / 11:13  •   Oxundu: 99 dəfə  •  

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Şuşadan paylaşım edib.

"Şuşa, yenə mən gəldim", - deyə o "Twitter" hesabından fotolar paylaşıb.

"Biz iki gözdən axan bir damla yaşıq. Biz eyni ananın iki oğluyuq. Biz çiyin-çiyinə dayanan iki qardaşıq. Biz eyni millətin iki dövlətiyik", - deyə türkiyəli səfir paylaşımına əlavə edib.