Türkiyənin Qara dənizdən qaz hasilatına başlayacağı tarix açıqlanıb
Tarix: 29.07.2021 / 12:31 •
Oxundu: 117 dəfə •
Qara dənizdəki Sakarya yatağında təbii qazın ilk alovlandırılması mərasimi təşkil edilib.
İDEAL Media.az “Haber Global”-a istinadla bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimə canlı bağlantı ilə qatılıb.
Dövlət başçısı bəyan edib ki, Türkiyə 2023-cü il üçün Qara dənizdən qaz hasilatına başlamağı planlaşdırır.
Ərdoğan Sakarya yatağının Qara dənizdə Türkiyə tərəfindən kəşf edilən nə ilk, nə də son qaz yatağı olduğunu bildirib. O, qeyd edib ki, yaxın zamanlarda Qara dəniz qazının istismara verilməsilə Türkiyənin bu sahədəki xarici asılılığı xeyli azalacaq.