Bu gün:


Tokio-2020: Rusiyalı idmançı stadionu əlil arabasında tərk edib

Tarix: 01.08.2021 / 08:34  •   Oxundu: 119 dəfə  •  

Rusiyalı atlet Darya Klişina Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuzluqla üzləşib.

İDEAL Media.az-ın məlumatına görə, uzununa tullanma növündə çıxış edən 30 yaşlı idmançı təsnifat mərhələsində zədələnib.

İlk iki cəhdi uğursuz alınan Klişina ayağındakı zədə səbəbindən üçüncü cəhddən imtina edib. Atlet stadionu əlil arabasında tərk etməli olub.
Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq