Bu gün:


Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

Tarix: 01.08.2021 / 16:07  •   Oxundu: 307 dəfə  •  

Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva qardaş Türkiyədə baş verən yanğınların təbiətə, ekosistemə vurduğu zərərin fəsadlarının aradan qaldırılması məqsədi ilə Meşəçiliyin İnkişafı və Meşə Yanğınları ilə Mübarizə Xidmətlərinə Dəstək Vəqfi (OGEM-VAK) tərəfindən başladılmış kampaniyaya qoşularaq, 100 fidan hədiyyə edib.
 
Bu barədə Ombudsman Aparatından bildirilib.