Güləşçimiz Tokio Olimpiadasında bürünc medal uğrunda erməni ilə mübarizə aparacaq
Tarix: 03.08.2021 / 10:17 •
Oxundu: 154 dəfə •
Tokio Olimpiadasında güləş yarışları davam edir.
İDEAL Media.az xəbər verir ki, avqustun 2-də yunan-Roma güləşində 77 və 97, qadın güləşində isə 68 kq-da mübarizəyə start verilib.
Rafiq Hüseynov (77 kq) ilk görüşdə İsveçli Aleks Kessidislə qarşılaşıb. İki dünya ikincisinin mübarizəsindən həmyerlimiz qalib ayrılıb. 1:1 hesabıyla yekunlaşan görüşdə güləşçimiz sonuncu xal prinsipinə əsasən 1/4 finala yüksəlib. Bu mərhələdə Rafiqin rəqibi qırğıstanlı Akjol Mahmudov olub.
Qarşılaşma Hüseynovun məğlubiyyəti ilə yekunlaşıb. Ancaq rəqib finala yüksəldiyi üçün pəhləvanımız avqustun 3-də təsəlliverici görüşə çıxıb. Tunisli Lamjed Maafini tam üstünlüklə (11:1) xalçadan məyus yola salan Rafiq bürünc medal görüşünə vəsiqə qazanıb. Bakı vaxtı ilə saat 14:30-da başlayacaq qarşılaşmada rəqib erməni Karapet Çalyan olacaq.