Bu gün:


Türkiyədə dəhşətli qəza

Tarix: 08.08.2021 / 09:47  •   Oxundu: 119 dəfə  •  

Türkiyənin Balıkesir bölgəsində sərnişin avtobusu yoldan çıxaraq aşıb.
 
TRT-yə istinadən xəbər verir ki, qəza nəticəsində 11-i hadisə yerində, üçü xəstəxanada olmaqla 14 nəfər ölüb, 18 nəfər yaralanıb.
 
Hadisə yerinə cəlb olunan briqadalar yaralıları yaxınlıqdakı xəstəxanalara aparıblar.
 
Faktla bağlı araşdırma aparılır.