Bu gün:


Zurabişvili: Bunu qəbul etməyəcəyik!

Tarix: 08.08.2021 / 20:05  •   Oxundu: 94 dəfə  •  

Gürcüstan Prezidenti Salome Zurabişvili 5 günlük müharibə barədə danışaraq Tiflisin ərazilərinin itirilməsini qəbul etməyəcəyini bildirib.

İDEAL Media.az xəbər verir ki, Zurabişvili Gürcüstan ərazilərinin işğalını milli ağrı adlandırıb.

"Buna dözməyəcəyik, buna görə də bu, ümid günüdür. Rusiya öz iradəsini göstərməli və işi deeskalasiyaya doğru aparmalıdır. Moskva öhdəliklərini yerinə yetirərsə, Rusiya ilə münasibətlərdə yeni bir mərhələyə keçmək mümkün olacaq", - Gürcüstan dövlətinin başçısı bildirib.