Bu gün:


AZAL-ın təyyarəsi dayanacağa qayıtdı

Tarix: 14.08.2021 / 16:21  •   Oxundu: 130 dəfə  •  

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan Azərbaycan Hava Yolları aviaşirkətinin "Airbus A320" təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

İDEAL Media.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC məlumat yayıb.

"Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək", - deyə məlumatda bildirilir.