Azərbaycanda bu TARİXDƏN əyani dərslər başlayır
Tarix: 07.09.2021 / 14:31 •
Oxundu: 156 dəfə •
Təhsil Nazirliyi 2021-2022-ci il tədris ili üzrə orta və ali təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı brifinq keçirir.
İDEAL Media.az xəbər verir ki, Azərbaycanda təhsil əyani formaya qayıdır. Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-IX siniflər əyani təhsilə başlayacaq.
Nazir qeyd edib ki, artıq 82 %-ə yaxın təhsil işçisi vaksinasiyadan keçib. Bu da 169 862 nəfər təhsil işçisi deməkdir. Onun sözlərinə görə, ümumi vaksin olunanlardan 138 mindən çox təhsil işçisi hər iki dozanı qəbul edib.
Qeyd edək ki, məktəblərdə 5 günlük dərs qrafiki olacaq. Amma nazir bildirib ki, bəzi təhsil müəssisələrində isə 6 günlük qrafik olacaq.