Bu gün:


Füzulidə erməni hərbçinin qalıqları tapıldı

Tarix: 23.09.2021 / 17:18  •   Oxundu: 83 dəfə  •  

Bu gün işğaldan azad edilmiş Füzuli rayonu ərazisində aparılan axtarış işləri zamanı daha bir erməni əsgərin cəsəd qalıqları tapılıb.
 
Ermənistan KİV-nə istinadən xəbər verir ki, cəsəd əvvəlcə Xankəndiyə aparılıb. Oradan isə şəxsiyyətini müəyyənləşdirmək üçün Ermənistana göndəriləcək.
 
Beləliklə, döyüş əməliyyatları bitdikdən sonra – 10 noyabr 2020-ci il tarixdən bəri Qarabağın Azərbaycanın nəzarətinə keçən ərazilərində 1669 erməni cəsədi tapılıb və ya Ermənistan tərəfinə verilib.