Bu gün:


Köçəryan: Sən kimsən ki, belə bəyanatlar verirsən?

Tarix: 04.10.2021 / 15:16  •   Oxundu: 256 dəfə  •  

Ermənistan subyektivliyini itirib, o, artıq danışıqlarda iştirak etmir.

İDEAL Media.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

“Biz regionda sülh dövründən danışırıq”, - deyir. Sən (Paşinyan – red.) kimsən ki, belə bəyanatlar verirsən? Gülməlidir. Sən danışıqlar masası arxasında oturmursan. Səni sənsiz müzakirə edirlər. Sən danışıqların subyekti deyilsən, obyektisən. Öz ölkələrinin sərhədini bərpa edə bilmədiyin vədədə sülh epoxasından danışmaq olmaz. Xüsusilə, müharibədən sonra onun psixoloji nəticələrini ortadan qaldırmaq lazımdır. Danışıqları dizləri üstə aparmaq çox da rahat deyil. Səninlə məzələnənlə danışıqlar aparmaq olmaz”, – deyə o bildirib.