Bu gün:


Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Tarix: 15.10.2021 / 08:26  •   Oxundu: 109 dəfə  •  

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
 
Bu barədə İDEAL Media.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
 
Nazirliyin məlumatına görə, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 7 m² sahədə və 1 ədəd plastik qapı əriyib. Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.