Bu gün:


Yasko: Saakaşvili onunla ayrılıb, aylardır birlikdəyik

Tarix: 24.10.2021 / 18:32  •   Oxundu: 86 dəfə  •  

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin Niderland vətəndaşı Sandra Rudolfsla münasibətləri bitib.

Bu barədə Saakaşvilinin xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko danışıb.

"Bir yerdə olduğumuzu, keçmişdəki bütün münasibətlərin həm mənim, həm də onun tərəfindən uzun müddətdir bitdiyini bildirdik. Aylardır birlikdə olduq", - Y.Yasko söyləyib.

Məlumat üçün qeyd edək ki, Saakaşvili Niderland vətəndaşı Sandra Rudolfs ilə ailə qurmuşdu. Onların iki oğlu var.