Bu gün:


Türkiyə daha bir ölkəyə “Bayraqdar” satır: ad açıqlanmadı

Tarix: 28.10.2021 / 12:35  •   Oxundu: 89 dəfə  •  

Türkiyənin “Baykar” şirkəti “Bayraqdar TB2” PUA-sının ixracının coğrafiyasını genişləndirib.

İDEAL Media.az xəbər verir ki, şirkət daha bir ölkəyə “Bayraqdar” PUA-sı tədarük edəcəyi haqda Tvitterdə məlumat yayıb.

Məlumatda bildirilir ki, bununla da “Bayraqdar” alan ölkələrin sayı 13-ə qalxacaq.

Müqavilə imzalanan ölkənin adı açıqlanmayıb.

Qeyd edək ki, ötən həftə Qırğızıstan hökumət başçısı Türkiyə və Rusiya PUA-ları alacağı barədə məlumat vermişdi. Beləliklə, Qırğızıstan “Bayraqdar” alan ilk KTMT üzvü olacaq.

Qırğızıstanda Rusiya bazası (Kant) yerləşir.