Bu gün:


İlham Əliyev və Paşinyan arasında razılaşma - Bəyanat

Tarix: 20.11.2021 / 08:19  •   Oxundu: 184 dəfə  •  

Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında daha bir razılıq əldə edilib.

İDEAL Media.az xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında bildirilib.

“Telefon danışıqları zamanı (Avropa Şurasının rəhbəri Şarl Mişellə - red.) Ermənistan və Azərbaycan liderləri, həmçinin müdafiə nazirləri səviyyəsində insidentlərin qarşısının alınması mexanizmi rolunu oynayacaq birbaşa əlaqə xəttinin yaradılması barədə razılığa gəliblər", - bəyanatda qeyd olunub.
Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan liderlərinin 15 dekabrda Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüş keçirməyə razılaşdıqları haqda Aİ məlumat yaymışdı.