Goranboyda minaya düşən şəxs sağdır
Tarix: 20.11.2021 / 14:17 •
Oxundu: 45 dəfə •
Goranboy rayonunda minaya düşən mülki şəxs sağdır.
Goranboy rayon prokurorluğundan verilən məlumata görə, noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Şahin Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.
Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.