Bu gün:


DSX dənizdən Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb

Tarix: 23.11.2021 / 11:06  •   Oxundu: 68 dəfə  •  

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə təd­birləri davam etdirilir.
 
Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, noyabr ayının 20-də saat 12:05 radələrində DSX Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafi­zəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində 1 ədəd şübhəli bağlama aşkarlanıb.
 
Bağlamaya baxış zamanı ümumi çəkisi 4 kq 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb, faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.