Bu gün:


Azərbaycanda polkovnik-leytenant vəfat etdi

Tarix: 17.12.2021 / 15:48  •   Oxundu: 166 dəfə  •  

Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Ramin Ələkbərov dekabrın 16-da gecə saatlarında ağciyər arteriyasının tromb emboliyasından vəfat edib.

İDEAL Media.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən zabitin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.