Bu gün:


Bakıda yanğın - 17 nəfər təxliyə edildi

Tarix: 07.01.2022 / 20:43  •   Oxundu: 86 dəfə  •  

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib.
 
Bu barədə İdeal Media.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verib.
 
Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 125 m² olan ofisin (fəaliyyət göstərmir) mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Ofisin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.