Bu gün:


Bu marşrutun hərəkət sxemində dəyişiklik edilir

Tarix: 18.01.2022 / 22:10  •   Oxundu: 104 dəfə  •  

M8 Maştağa - Gənclik metro stansiyası ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. 
 
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
 
Dəyişikliyə əsasən, M8 xətti üzrə avtobusların Ziya Bünyadov prospekti Böyük Şor qovşağı yaxınlığındakı dayanacaq məntəqəsi artıq ləğv edilib. Yəni Maştağa qəsəbəsi - Gənclik m.st-sı istiqamətində avtobusların hərəkəti 19.01.2022 tarixindən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən keçməklə təşkil ediləcək. 
 
Metronun “Gənclik” stansiyası istiqamətində M8 xətti ilə hərəkət edəcək sərnişinlərdən ikinci perrondan istifadə etmələri xahiş olunur.