Bu gün:


Rusiya 6 hərbi gəmisini Suriyaya göndərdi

Tarix: 04.02.2022 / 10:23  •   Oxundu: 94 dəfə  •  

Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal və Baltik donanmalarının altı böyük desant gəmisi Suriyanın Tartus şəhərindəki limanına çatıb.
İDEALMedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Şimal və Baltik donanmalarının “Pyotr Morqunov”, “Georgi Podenoseç”, “Olenoqorski qornyak”, “Korolyov”, “Minsk” və “Kalininqrad” gəmiləri Avropa ətrafında keçidi tamamlayaraq Aralıq dənizinin şərq hissəsinə yollanıb”, - məlumatda qeyd olunub.