Bu gün:


Nikah və boşanmaların ən çox qeydə alındığı bölgələr…

Tarix: 16.02.2022 / 18:41  •   Oxundu: 155 dəfə  •  

Azərbaycanda nikah və boşanmaların ən çox qeydə alındığı bölgələr açıqlanıb.
Dövlət Statistika Komitəsindən İDEALMedia.az -a verilən məlumata görə, nikahlar ən çox Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8) qeydə alınıb.
Boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2,0), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.