Bakının mərkəzi küçələri BAĞLANIR
Tarix: 18.02.2022 / 14:12 •
Oxundu: 113 dəfə •
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonu Bəsti Bağırova küçəsi və Əbdülvahab Salamzadə küçəsinin yan yolunda avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) İDEALMedia.az-a verilən məlumata görə, Əbdülvahab Salamzadə küçəsinin yan yolunda (Ceyhun Səlimov küçəsindən Tbilisi prospektinə qədər olan istiqamət üzrə) məhdudlaşma 19 fevral saat 09:00-dan axşam saat 21:00-dək, Bəsti Bağırova küçəsində isə 19 fevral səhər saat 9:00-dan 20 fevral saat 20:00-a qədər davam edəcək.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.