Rusiya və ABŞ texnikaları toqquşdu: yaralılar var

Tarix: 27.08.2020 / 17:42  •   Oxundu: 130 dəfə  •  

Suriyada ABŞ və Rusiya hərbi maşınları toqquşub.
ASMEDİA.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İnsident nəticəsində 4 amerikalı hərbçi yaralanıb.
İddiaya görə, Rusiya hərbi konvoyundan bir avtomobil qəsdən ABŞ texnikasına çırpılıb.
Bundan əlavə, qəzanın baş verdiyi zamanda Rusiyaya məxsus helikopterlərin alçaqdan sürətli uçuş həyata keçirdiyi deyilib.
Olayla bağlı hələ ki, rəsmi açıqlama verilməyib.
***
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mark Milli arasında telefon danışığı baş tutub.
Bu barədə Pentaqonun açıqlamasında deyilib
“Əvvəlki təcrübələrə uyğun olaraq tərəflər detalların gizli qalmasına razılıq verib”, - deyə bildirilib.
***
ABŞ Suriyadakı provokasion qəzada rusiyalı hərbçiləri ittiham edib.
“Rusiya avtomobili Suriyanın şimal-şərqində koalisiyanın zirehli maşını ilə toqquşub. Bu, maşında olan ekipaj heyətinin yaralanması ilə nəticələnib”, - deyə ABŞ Milli Təhlükəsizlik Şurası nümayəndəsi Con Ulliot deyib.
Onun sözlərinə görə, konfliktdən yayınmaq üçün Amerikanın zirehli texnikası ərazidən uzaqlaşıb.