Bu gün:


Tramp: "Gəlin Çin bayrağını F-22-lərə asaq və Rusiyanı bombalayaq"

Tarix: 07.03.2022 / 12:31  •   Oxundu: 101 dəfə  •  

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı maraqlı təkliflə çıxış edib.
O, ABŞ-a Rusiyanı "Çin bayraqlı" F-22 döyüş təyyarələri ilə vuraraq "günahı Çinin üzərinə qoymağı" təklif edib.

Tramp Respublikaçı Donorların Milli Komitəsinin toplantısındakı çıxışında ABŞ prezidenti Co Baydenin Rusiya ilə savaşmayacaqlarını söyləməkdən əl çəkməli olduğunu bildirib.
NATO-nu "kağız pələng" olaraq xarakterizə edən Tramp, "Biz insanlığa qarşı cinayətin davam etməsinə icazə verə bilmərik", - deyə bəyan edib.