Bu gün:


Rusiya Kiyevdə 10 mərtəbəli binanı vurdu

Tarix: 15.03.2022 / 11:43  •   Oxundu: 79 dəfə  •  

Kiyevdə rusiyalı hərbçilərin atəşə tutması nəticəsində daha bir çoxmərtəbəli bina dağıdılıb.
İDEALMedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti "Facebook"da məlumat yayıb.
"Martın 15-də Kiyevin Podolski rayonunda raketin 10 mərtəbəli yaşayış binasına düşməsi nəticəsində 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər yanğın baş verib", - məlumatda deyilir.