Bu gün:


Slovakiya Ukraynaya “S-300” göndərib

Tarix: 08.04.2022 / 16:48  •   Oxundu: 78 dəfə  •  

Slovakiya Ukraynaya "S-300" zenit-raket kompleksi göndərib.

Bu barədə məlumatı "TV Noviny.sk" nəşri yayıb.

Bildirilir ki, sözügedən hava hücumundan müdafiə kompleksi artıq Ukraynadadır.

Nəşrin məlumatına görə, kompleks Ukraynaya iki gün ərzində ciddi məxfilik şəraitində köçürülüb.