Klanların məhvi başladı: Əliyə “pişiklənən” kimdir? – Sensasiya
Tarix: 29.08.2020 / 17:25 •
Oxundu: 205 dəfə •
İqtidar fərqindindədir ki, həm bir çox şeylər qaydasınada deyil, həm də cəmiyyət inkişaf etdikcə idarəetmə təkmilləşdirilməlidir. Əgər illər öncə cəmiyyətdə sabitliyi təmin etmək üçün hansısa klanlarla hesablaşmaq lazım idisə, indi tam əksinə, cəmiyyətdə sabitliyi təmin edib ölkəni inkişafın yeni mərhələsinə keçirmək üçün klanları zərərsizləşdirmək lazımdır. Bu həm də Qarabağın azadlığı üçün müharibəyə başlamaq baxımından zəruridir.
ASMEDİA.AZ xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev deyib. O bildirib ki, böyük siyasi və iqtisadi iddiaları olan klanları zərərsizləşdirmədən müharibəyə başlamaq çox riskli olardı:
“Xalqa zülm edib onu bir tikə çörəyə möhtac etməklə ev-eşiyindən didərgin salan, gerizəkalı və qəddar klan başçıları ilə vidalaşmağın zamanı çatıb. Prezident də bu istiqamətdə fəaliyyət göstərir”.
Q.Həsənquliyev klanların müqavimətinin dövlətimiz üçün müəyyən problemlər yarada biləcəyini də vurğulayıb:
“Çünki həm ayrı-ayrı dövlətlərə bağlıdırlar, həm də hakimiyyət daxilində ciddi kadr və maliyyə resurslarına malikdirlər. Amma hakimiyyət qətiyyətli və öz fəalyyyətində ardıcıl olub milli-demokratik qüvvələrlə sıx əməkdaşlıq edərsə, ölkəni böyük təlatümlərsiz yeni bir dövrə keçirmək mümkün olacaq. Ona görə ki, xalqımız sabitlik şəraitində dəyişiklik, iş, yüksək maaş, qanunların aliliyinin təmin olunmasını, ən başlıcası, Qarabağın azadlığını istəyir”.
Qüdrət Həsənquliyev “birsifətli müxalifət” adlandırılanların həmin klanlara pozuculuq fəaliyyətlərində dəstək verə biləcəyini və istisna etməyib:
“Müstəqillikdən danışıb, Rüstəm İbrahimbəyova dəstək vermələri, qərbyönümlü siyasətçi olduqlarını bəyan edib Azərbaycanın xarici siyasətinin referendumla müəyyən olunacağını bəyan etmələri məgər yaddan çıxıb? Əqidəli insanlar öz mövqelərini ortaya qoyub xalqdan səs istəyirlər. Onlar sübut etdilər ki, hakimiyyət naminə şeytanla da əməkdaşlığa hazırdırlar. Amma onların dəstəyindən nə çıxar ki! Müstəqillik illərində biz korrupsiyaya görə həbsə atılan nazirin vaxtilə ağır formada təhqir etdiyi insanlardan üzr istəməsini, bağışlanmasını diləməsini görmüşük. Zamanında təhqir olunanlar hakimiyyət naminə bunu qəbul etsələr də, xalqımız hər iki tərəfin bunu qeyri-səmimi etdiyinə əmin olduğundan nə təhqir edəni, nə də təhqir edəni bağışlayanı əfv etdi. Xalq əmindir ki, elə ilk imkanda azacıq maraqları toqquşan kimi tərəflər bir-birini yenidən nəinki daha ağır formada təhqir edəcək, hətta bir-birinin ətini yeyəcəkdir. Ona görə də zamanla əzib, ən pis formada alçaltdıqlarına "bir sifətli müxalifət" deyib pişiklənməyin xeyiri yoxdur”.
Millət vəkilinin sözlərinə görə, həmin düşərgənin başçısı Əli Kərimli cəsarətsiz və prosesləri düzgün təhlil etmək imkanlarına malik olmadığına görə heç vaxt ciddi hadisələrə (son hadisələr, Belarusdakı hadisələr də daxil) zamanında münasibət bildirmir:
“Baxmayaraq ki, başqa əhəmiyyətsiz məsələlər barədə dil boğaza qoymur. Gözləyir ki, mühüm hadisələr tam aydınlaşsın, sonra danışsın. Həm də bunu təkcə mən yox, onun bəzi tərəfdarları da artıq deyir. Amma xalqdan əfv diləmək əvəzinə Ə.Kərimlinin susqunluğunu dolayısı ilə dəstək kimi qiymətləndirib "suda batan saman çöpündən yapışan kimi" Əli Kərimliyə pişiklənməklə daha ciddi dəstək alacaqlarına ümid edirlər”.