Bu gün:


Vətən müharibəsi şəhidinin atası vəfat etdi

Tarix: 11.04.2022 / 11:50  •   Oxundu: 75 dəfə  •  

Vətən müharibəsi şəhidi Ağacavad Mütəllimzadənin atası vəfat edib.

Şəhidin atası Ələsgər Mütəllimov ötən gün yaşadığı Maştağa qəsəbəsində dünyasını dəyişib.

Ə.Mütəllimovun ağır xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Ağacavad Mütəllimzadə 2020-ci il oktyabrın 22-də Xocavənd döyüşləri zamanı şəhid olub və Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub. O, Vətən müharibəsindəki şücaətlərinə görə bir neçə medalla təltif edilib.