Bu gün:


İranla sərhəddə daha bir İNSİDENT: atəş açıldı

Tarix: 13.04.2022 / 14:10  •   Oxundu: 22 dəfə  •  

Yardımlıda külli miqdarda narkotik aşkarlanıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, aprelin 11-də saat 22:50-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu, Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozu­cu­ları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçıblar.
Axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanan 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram heroin,  8 kiloqram 480 qram marixuana, 0.60 qram metamfetamin) bənzər maddələr və psixotrop tərkibli 3189 ədəd metadon-40 dərman prepa­ratı aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.