Bu gün:


"Artıq ailəliyik, nikahımız da olub"

Tarix: 25.04.2022 / 12:11  •   Oxundu: 64 dəfə  •  

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun bir müddət əvvəl nişanlandığı Eşqinlə ailə qurduqlarını İDEALMedia.az xəbər verir ki, ifaçı bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, oğlan toyları da olub:
"Düşünürdük oktyabrda böyük toy edək. Amma mən 500-600 insanın olduğu toy istəmirəm. Hər zaman hovuz kənarında, gənclərin olduğu toy arzulamışam. Anam nişanı toy kimi etdi. Biz ailəli sayılırıq, nikahımız da olub. Rusiyada Eşqin kişi toyu da edib".