Bu gün:


Ukraynaya məxsus təyyarə və "Bayraktar" vuruldu

Tarix: 09.05.2022 / 10:54  •   Oxundu: 263 dəfə  •  

Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində Ukraynaya məxsus bir "Su-25" hücum təyyarəsini və Zmeinı adasının yaxınlığında bir Bayraktar pilotsuz uçuş aparatını vurub. 
İDEALMedia.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib. 
"Rusiyanın hava hücumundan müdafiə sistemləri İlan adası ərazisində bir ədəd "Bayraktar - TB2" pilotsuz uçuş aparatını məhv edib. Bundan əlavə, Mandrikino, Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının Peremojne yaşayış məntəqələri üzərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı məhv edilib", - məlumatda deyilir.