Bu gün:


Şəhriyar ardıcıl üç turda qələbə qazandı

Tarix: 22.05.2022 / 07:10  •   Oxundu: 104 dəfə  •  

“Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında növbəti oyunlar keçirilib.

İDEAL Media.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov doqquzuncu turda norveçli Tari Aryanla heç-heçə edib. Sonrakı qarşılaşmalarda Niels Qrandelius (İsveç), eləcə də, Hindistan şahmatçıları Rameşbabu Praqnanandha və Pentala Harikrişna üzərində qələbə qazanan təmsilçimiz xalların sayını 19-a çatdırıb. O, bu nəticə ilə 16 şahmatçı arasında 5-ci pillədə qərarlaşıb.

Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.