Bu gün:


Baba Vəziroğlunun həyat yoldaşından ETİRAF

Tarix: 25.05.2022 / 08:33  •   Oxundu: 124 dəfə  •  

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun həyat yoldaşı Zəminə Rüstəmova şəxsi həyatı ilə bağlı açıqlama verib.

"Tam vaxtıdır" proqramına qatılan jurnalist Zəminə xanım ailə məhdudiyyətləri səbəbindən hazırda çalışa bilmədiyini deyib:
"Evləndikdən sonra mən daha çox uşağımla məşğul oldum. Yoldaşım nə dedisə onunla ayaqlaşdım. Hazırda isə oğlum böyüyüb. İndi yavaş-yavaş qaldığım yerdən davam edirəm".

Qeyd edək ki, Baba Vəziroğlu ilə Zəminə Rüstəmovanın Kamal adlı övladı var.