Güllələnən azərbaycanlı aktyor harada dəfn olunacaq?
Tarix: 25.05.2022 / 17:55 •
Oxundu: 64 dəfə •
Mayın 23-də İstanbulun Fateh bölgəsində iki qrup arasında baş verən silahlı insident nəticəsində dünyasını dəyişən azərbaycanlı aktyor Kamran Dadaşzadə İstanbulda dəfn olunacaq.
Bu barədə Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğundan bildirilib.
Məlumata görə, Kamran Dadaşzadənin İstanbulda dəfni ailəsinin qərarıdır:
"23 may 2022-ci il tarixində İstanbulda yaşayan Azərbaycan vətəndaşı, 31.05.1969-cu il təvəllüdlü Kamran Fazil oğlu Dadaşzadə İstanbulun Fateh bölgəsində naməlum şəxslər arasında baş verən silahlı insident nəticəsində aldığı güllə yarasından 25.05.2022-ci il tarixində İstanbulun “Cərrahpaşa” xəstəxanasında vəfat edib. Ailə üzvləri tərəfindən verilən qərara əsasən, mərhum İstanbulda dəfn olunacaq. Mərhuma Allahdan rəhmət, yaxın və doğmalarına səbr diləyirik!"