Kəlbəcərin hədəfə alınmasının SƏBƏBLƏRİ - Sərhəddə nə baş verir?
Tarix: 03.06.2022 / 13:16 •
Oxundu: 285 dəfə •
Ermənistan silahlı qüvvələri Azərbaycanla dövlət sərhədində vəziyyəti gərginləşdirir. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, iyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Nazirlikdən verilən məlumata görə, şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.
Hazırda Kəlbəcər sərhədində nə baş verir? Düşmən təxribatlarının arxasında hansı məqsədlər dayanır?
Bu barədə İDEALMedia.az -a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, erməni təxribatları bizi təəccübləndirməməlidir:
“Erməni tərəfinin təxribat ssenarisi davam edir. Məlumdur ki, indi demarkasiya, delimitasiya üzrə kommisiyaların növbəti görüşü gözlənilir. Əlbəttə, artıq konkret addımlar atılır. Sərhədlə bağlı proseslərin qarşısını almaq, yaxud gecikdirmək üçün yeganə yol atəşkəsin pozulması, sərhəddə vəziyyətin gərginləşdirilməsidir. Təxribatçı addımlar həm də sülh danışıqlarını pozmaq məqsədi daşıyır”.
Polkovnik hesab edir ki, Ermənistanda bəzi qüvvələri Azərbaycanla sülh sazişinin bağlanmasına qarşıdır. Bu səbəb onlar proseslərin uzadılmasını mümkün qədər uzatmağa çalışırlar:
“Buna da hələ ki, nail ola bilirlər. Vətən müharibəsindəki qələbəmizin bugün-sabah 2 ili tamam olacaq, ancaq indiyə kimi sərhədlərin delimitasiya, demarkasiyası məsələsi uzanıb, sülh müqaviləsi hələ də imzalanmayıb. Bu da onun göstərir ki, bu proseslərə təsir göstərən qüvvələr Ermənistanda yetərincə güclüdürlər. Yaxud xaricdən təsir imkanına malik qüvvələr də bunu edə bilərlər. Əlbəttə indi Ermənistan hökumətinin nüfuzunun aşağı olması, söz sahibi olmaması, güc strukturlarında nüfuzlarının aşağı olması da bu məsləyə təsir göstərir”.
Ermənistanın hiyləgər ölkə olduğunu söyləyən Ş.Ramaldanov İrəvan rejiminə etibar edilməməli olduğunu əlavə edib:
“Ermənistan heç vaxt etibarlı tərəf ola bilmir və bilməyəcək də. Düşünürəm ki, Paşinyan hökuməti özü də ikitərəfli oynayır. Bir tərəfdən özünü belə göstərir ki, guya sülhə meyillidir, komissiyalar yaradır. Digər tərəfdən isə qəsdən atəşkəsi pozmaqla vəziyyəti gərginləşdirir. Bununla prosesi müəyyən qədər uzatmağa çalışır”.
Hərbi ekspert təxribatlarda Qarabağ klanının rolundan da söz açıb:
“Bu gün Qarabağ klanı Ermənistanda güc sahibidir. Artıq iki həftədən çoxdur ki, Ermənistanda revanşist qüvvələr mitinqlər keçirir. Görünür, xaricdən onlara yetərincə maliyyə yardımı verilir, dəstək göstərilir. Daxildə də müəyyən vaxtlarda dövlət orqanlarında çalışan və müəyyən vəsaitlər mənimsəyən şəxslər Qarabağ klanına kömək edir. Azərbaycan diplomatik sahədə bütün imkanlardan istifadə edir. Məlumdur ki, masa arxasında məhz Azərbaycanın apardığı uğurlu diplomatiya nəticəsində Ermənistanı yerinə otuzdura bilmişik. Digər tərəfdən bizim bölmələrimiz tərəfindən əməliyyat şəraitinə nəzarət olunur. Yerindəcə cavab veririlir. Bundan sonra da təxribatlara adekvat cavab veriləcək”.
Ş.Ramaldanov erməni təxribatlarına baxmayaraq, Azərbaycanın sərhədlərinin müdafiəsi etibarlı əllərdə olduğunu qeyd edib:
“Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olacaq. Biz qeyd etmişik ki, başqa bir dövlətin ərazisində gözümüz yoxdur. Təbii ki, qarşı tərəf üçün eyni fikirləri söyləmək mümkün deyil. Ancaq onlar təxribatçı mövqedə qalmağa israr etsələr və bu cür əməllərdən əl çəkməsələr, adekvat cavablarını alıb, itkilər verərək geri çəkiləcəklər”.