Bu gün:


Əsərlərini rusca yazan böyük türk

Tarix: 11.06.2022 / 07:18  •   Oxundu: 96 dəfə  •  

Bu gün dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anım günüdür.

- Çingiz Aytmatov 1928-ci il dekabrın 12-i Qırğızıstan SSR-də anadan olub.
- Yazıçının ailəsi Qırğızıstan tarixində önəmli nəsillərdən biri Şəkər tayfasının Qıtaylar kökünə aid edilir.
- Əsərlərində yeni və işlənməmiş mövzular - Orta Asiya xalqlarının həyat tərzi, unudulmuş adət-ənənələri, mərasimləri və folkloruna toxunması onun yaradıcılığına özünəməxsusluq qazandırıb. Elə yeni ruhlu yaradıcılığına görə onun “Nobel” mükafatına namizədliyi irəli sürülmüşdü.
- Yazıçı 1966-cı ildən sonra bütün əsərlərini rus dilində yazıb. Rusca yazdığı bütün əsərlərinin ruhundan isə milli türk təfəkkürü dayanıb. Əsərləri ümumilikdə 176 dilə tərcümə olunub.
- 2008-ci il yazıçının 80 illik yubileyi münasibətilə Qırğızıstanda “Çingiz Aytmatov” ili elan olunub.
- Atası Torekul Aytmatov 1937-ci ildə repressiya edildikdən 2 ay sonra güllələnib.
- O, "Cəmilə", "İlk müəllim", "Qırmızı yaylıqlı qovağım mənim" povestləri ilə tanınıb, ona dünya şöhrəti gətirən əsərlərinin önündə isə “Əsrə bərabər gün” romanı gəlir.
- Ç.Aytmatov dünyadakı böyük nüfuzundan ölkəsinin diplomatik əlaqələrində də istifadə edib. O, Qırğızıstanı Fransa, Belçika, Lüksemburq və Niderland kimi dövlətlərdə səfir kimi təmsil edib.