Bu gün:


Meşədə ağaca bağlı cılpaq kişi meyidi tapılıb

Tarix: 13.02.2024 / 11:20  •   Oxundu: 132 dəfə  •  

Türkiyədə Belqrad meşəsində ov edən bir qrup ovçu çılpaq və qalstukla ağaca bağlanmış kişi cəsədi tapıb.

İDEAL xarici mediaya istinadən xəbər verir ki, Sarıyerdəki Kılıçpınar bölgəsində Belqrad Meşəsində ov etmək üçün meşədə dolaşan bir qrup ovçu, saat 15:00 radələrində tamamilə çılpaq və qalstuklu ağaca bağlanmış kişi cəsədi tapıblar.


Xəbər verildikdən sonra hadisə yerinə polis qrupları sövq edilib. Meyitin şəxsiyyətini müəyyən etmək üçün Ədliyyə Tibb Təşkilatının meyitxanasına göndərilib. Polis hadisə ilə bağlı araşdırma başladıb.