Bu gün:


Lənkəranda zəncirvari yol qəzası olub, ata və oğul ölüb

Tarix: 28.03.2024 / 18:39  •   Oxundu: 156 dəfə  •  

Lənkəran rayonunda ağır avtoqəza olub.

Qurumun Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İDEAL-a bildirilib ki, martın 28-də saat 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar.


Nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər. “Mercedes"in sürücüsü isə bədən xəsarətləri alıb.


Qəza ilə bağlı araşdırma aparılır.