Bu gün:


İslamiadada Azərbaycan kikboksçusunun döyüşündə saxtakarlıq edilib

Tarix: 17.08.2022 / 16:30  •   Oxundu: 111 dəfə  •  

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan kikboksçusu Surət Qarayevin (full-kontakt, 91 kq) görüşündə haqsızlıq edilib.

Onun Özbəkistandan olan rəqibi Həsən Baratovun çəkisi 91 kq-dan artıq olsa da, döyüşə buraxılıb.

Bu da Azərbaycan nümayəndə heyətinin narazılığına səbəb olub və bundan protest verilib.

Azərbaycan Kikboksinq Federasiyası prezidenti Orxan Əliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva da Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı başda olmaqla, təşkilatçılara etirazlarını bildiriblər.

Qeyd edək ki, dünən Azərbaycan kikboksçularından Elxan Əliyev (full-kontakt, 71 kq), Qəşəm Məmmədov (lou-kik, 67 kq), Arzuman Qədimov (lou-kik, 63,5 kq) və Aysu Devrişova (56 kq) bürünc medal qazanıblar.