Bu gün:


"Neftçi"nin sabiq futbolçusu özünü partlatmaq istəyib

Tarix: 20.09.2022 / 19:04  •   Oxundu: 81 dəfə  •  

"Neftçi"nin sabiq futbolçusu Vyaçeslav Semiqlazov 1971-ci ildə Rostov-Don şəhərində SKA komandasına 1:3 hesabı ilə uduzduqları SSRİ çempionatının XX tur oyunundan sonra intihara cəhd edib.

İDEAL Media.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın keçmiş hücumçusu Vitali Şevçenko "Sport-Express" nəşrinə açıqlama verib.
Veteran forvardın sözlərinə görə, buna Semiqlazovun sözügedən qarşılaşmada baş verən insident üzündən diskvalifikasiya alması səbəb olub:
"O, uzunmüddətli cəzasını yenicə başa vurmuşdu. Buna görə, qərar futbolçuya pis təsir etmişdi. Spirtli içki qəbul etdikdən sonra qazı açıb. Ardınca isə siqareti yandıraraq özünü partlatmaq istəyib. Xoşbəxtlikdən faciənin qarşısı vaxtında alındı və onu xilas etdilər".

Qeyd edək ki, Vyaçeslav Semiqlazov 1960 - 1961 və 1965 - 1972-ci illərdə "Neftçi"nin formasını geyinib.
Xatırladaq ki, SKA - "Neftçi" oyunu zamanı hakimlər qonaqların əleyhinə bir neçə mübahisəli qərar qəbul ediblər. Meydan sahiblərinin ofsayddan vurduğu 2-ci qoldan sonra Bakı klubunun qapıçısı Sergey Kramarenko referini vurub və meydandan qovulub. Daha sonra insidentə "Neftçi"nin digər futbolçuları qarışıblar. Nəticədə Vyaçeslav Semiqlazovla yanaşı, daha bir neçə oyunçu diskvalifikasiya olunub.