Bu gün:


Əfsanəvi futbolçu Bakıdadır: "Qarabağ"ın oyununu izləyəcək

Tarix: 13.10.2022 / 20:17  •   Oxundu: 218 dəfə  •  

Fransa millisinin sabiq futbolçusu Kristian Karambö Bakıdadır.
İDEAL Media.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin skautu İlqar Qurbanov özünün instaqram səhifəsində paylaşım edib.
Kristian Karambö Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu Tofiq Bəhramov adına Respublika stadionundan izləyəcək.
Qeyd edək ki, görüş saat 20:45-də start götürəcək.