Bu gün:


Nazir: “Ağdamda qazbeton blok istehsal ediləcək”

Tarix: 24.07.2023 / 12:00  •   Oxundu: 270 dəfə  •  

“Eos Qrup MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 18-ə çatıb”.
İDEAL xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında bildirib.
“Şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi 4,7 milyon manat olan qaz-beton blok istehsalı müəssisəsi yaradılacaq və 49 nəfər işlə təmin ediləcək”, - deyə nazir qeyd edib.