Bu gün:


Azərbaycanlı hücumçu İsveç çempionatının ən dəyərli futbolçuları sırasındadır

Tarix: 20.03.2024 / 12:14  •   Oxundu: 74 dəfə  •  

Azərbaycanlı hücumçu Musa Qurbanlı İsveç çempionatının ən dəyərli futbolçuları sırasındadır.

İDEAL-ın Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə (CİES) istinadən məlumatına görə, “Yurqorden” klubunun oyunçusu İsveç Allsvenskanında çıxış edən ən bahalı 9-cu futbolçudur.

21 yaşlı forvardın transfer qiyməti 3,4 milyon avroya bərabərdir. İsveç çempionatının ən dəyərlisi isə 7,9 milyon avro ilə “Malmö”nün yarımmüdafiəçisi Sebastian Nanasidir.