Bu gün:


"Dodaq boyası çəkdiyimə görə atam dünyanı dağıdırdı"

Tarix: 10.09.2022 / 15:19  •   Oxundu: 122 dəfə  •  

Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər atası ilə bağlı xatirələrindən bəhs edib.
Bu barədə ifaçı qonaq olduğu "O üz" verilişində danışıb:
"Mən 11-ci sinifi yeni bitirmişdim. Qırmızı dodaq boyası çəkdim. Həmin zaman qonaqlığa gedirdik. Elə qonaqlıqda başını mən tərəfə qaldırıb diqqətlə baxdı. Sonra anamın qulağına nəsə pıçıldadı. Anam mənə yaxınlaşıb dedi ki, dodaq boyasını silim Atamın bircə baxışı, duruşu bizim üçün qanun idi Onun bizə sözü olanda belə üzümüzə demirdi".
Qeyd edək ki, Yaşar Nuri 2012-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.