Bu gün:


Aynur Niyamın toy açıqlamasını yalanladı

Tarix: 18.04.2022 / 14:00  •   Oxundu: 73 dəfə  •  

Müğənni Aynur Dadaşova Niyam Salami ilə ailə qurmayacaq.

Bu barədə o, "Uğur TV"ə açıqlamasında bildirib. Dadaşova bir neçə gün bundan əvvəl "Aynur Dadaşova ilə evlənəcəm, yayda toydur",- açıqlamasını yalanlayıb:
"Niyam mənim dostumdur. Ümumiyyətlə mən ailə qurmaq barədə düşünmürəm. Özüm boyda oğlum var. İndi mənim ərə gedən vaxtım yox, qayınana olan vaxtımdır".

Qeyd edək ki, Niyam "10-da görüşək" proqramında qonaq olarkən deyib ki, həmkarı ilə sevgi münasibətləri yaranmağa başlayıb:
"Aynurla evlilik fikrimiz var. Artıq aramızda sevgi münasibəti yaranır. Bəylik kostyumu da axtarırıq. Bu yay toy düşünürük".