Bu gün:


Kənan MM həyat yoldaşına bunu QADAĞAN ETDİ

Tarix: 22.05.2022 / 08:39  •   Oxundu: 167 dəfə  •  

"Bir dəfə istəyirdim ki, "Tik-Tok"da rəfiqələrimlə canlı yayım açım. Amma həyat yoldaşım Kənan nə onlarla, nədə də tək canlı yayım açmağıma icazə vermədi".

Bu sözləri müğənni Aygün Mahmudova "MTV Maqazin" verilişinə müsahibəsində deyib.

Sənətçi həyat yoldaşı ilə bir yerdə verilişlərə qatılmamasına da aydınlıq gətirib:
"Bizim bloger kimi bir yerdə fəaliyyət göstərməmiz mümkün deyil. Heç onunla efirlərə belə bir yerdə çıxmırıq. Evlənməzdən əvvəl bir yerdə verilişlərə gedirdik. Bizdən nişanlanmağımız və toyumuzla bağlı suallar soruşulurdu. Münasibətlərimizin ilkin mərhələlərində efirlərə getsək də, sonradan getmədik".