Dilarənin 15 min dollarlıq klipi!
Tarix: 17.06.2022 / 21:40 •
Oxundu: 123 dəfə •
Müğənni Dilarə Kazımova Türkiyədə lentə aldırdığı klipini təqdim edib.
Estrada ulduzu sözləri və musiqisi Fidan Alivaya məxsus "Xarizma" mahnısını ekranlaşdırıb. Sənətçinin işi üzərində böyük bir heyət çalışıb.
İdeyası Dilarənin özü və Səbinə Şahiyə məxsus ekran işinin rejissorluğunu Buse Tirman edib. B. Tirman bu günədək Deniz Seki, Morena Taraku, Biah Rodrigues ,Tan Taşçı , Emel Müftüoğlu , Tuğba Özay , Ece Ronay , Enes Batur kimi ulduzların klipini lentə alıb.
Kazımovanın staylinqini Seyit Ares edib ki, o, Ledi Qaqa, Vinni Harlou, Shensaa, Xloya Beyli, Sevyn Streeter kimi məşhurlarla əməkdaşlıq edir.
Bundan əlavə, Dilarənin makiyajını Kamran Jabbarov edib.
Türkiyədə çalışan Kamran Deniz Akkaya, Gülben Ergen, Nihan Çelik, Deniz Seki, Gonca Vuslateri, Tuğba Özay, Biah Rodriguez kimi sənətçilərlə çalışır.
Layihədə xareoqrafiyanın müəllifi Can Yücetaşdır.
Dilarənin klipinin ssenarisi də diqqət çəkəndir. Belə ki, ekran işində "drag queen", artıq çəkili və qısa boylu xanıma yer verilib.
Bununla da, standartlardan kənar biri kimi təqdim edilən şəxslərin, əslində böyük bir xarizmya məxsus olduqları mesajı ötürülür.
Sözügedən klip üçün toplam 15 min dollar xərclənib.
Layihə "BEAT Music" musiqi leyblının məhsuludur. Mahnı bütün musiqi platformalarında dinləyicilər üçün təqdim edilib.